Almaniya Bundesliqasının “Ştutqart”la 7-ci tur oyunu (4:0) “Bayern”in almaniyalı “dayaqçı”sı Aleksandar Pavloviç üçün xoşagəlməz bitib.
Arena.az “Sky Sport Germany” dərgisinə istinadən məlumat verir ki, bu oyunun 8-ci dəqiqəsində körpücük sümüyünü sındırarq əvəzlənmiş Pavloviç, cari ilin sonuna qədər meydana çıxa bilməyəcək.
Pavloviç zədəsi səbilə cərrahi əməliyyat edilib. Uğurla başa çatmış cərrahi müdaxilədən sonra Pavloviç özünün sosial şəbəkə hesabları üzərindən ictimaiyyətə səslənib:
“Xoş ismarışlarınız üçün təşəkkür edirəm. Cərrahi əməliyyat yaxşı keçdi. İndi mümkün qədər tez meydana qayıtmaq üçün hər şeyi edəcəyəm. Mən daha güclü qayıdacağam!”, – Pavloviç paylaşıb.
Pavloviçin qayıdışı ilə bağlı təxmini müddəti “Bayern” açıqlayacaq.
Aleksandar Pavloviç serbəsillidir. Futbolda ilk addımlarını “Fürstenfeldbruk” klubunda atmış Pavloviç buradan “Bayern”in futbol akademiyasına yol taparaq, tərəqqisinə davam edib. “Bayern” 2023-cü ilin noyabrında “dayaqçı”sını əsas komandaya keçirib. Pavloviçin “Bayern”lə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümündə Pavloviç “Bayern”in heyətində bütün yarışlarda 9 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Pavloviçin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi isə 31 oyun, 3 qol və 3 məhsular ötürmədən ibarətdir.
Aleksandar Pavloviç 2024-cü ilin iyununda debüt etidiyi Almaniya yığmasının heyətində 4 oyun keçirib, 1 qol vurub.
Aleksandar Pavloviçin qənimətlər muzeyində “Bayern”lə 2022/2023-cü illər mövsümündə qazandığı Almaniya Bundesliqasının çempionluğu var.
“Transfermarkt” internet-portalı 20 yaşlı almaniyalı dayaq yarımmüdafiəçisinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.


