“Bayern”i Almaniya kubokunda yarimfinala buraxmadılar

Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinə start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Ayntraxt” doğma meydanda “Union Berlin”i 2 cavabsız qolla üstələyərək ilk yarımfinalçı olub.

Günün digər oyunu Bundesliqanın lideri “Bayern”lə “Frayburq” arasında baş tutub. Üç qolun qeydə alındığı bu qarşılaşmada gözlənilməz məğlubiyyətlə üzləşən Münhen təmsilçisi kubokda mübarizəni dayandırıb.

Almaniya kubokunda 1/4 final mərhələsinin qalan iki oyunu sabah keçiriləcək.

Almaniya kuboku
1/4 final
4 aprel

Ayntraxt – Union Berlin 2:0
Qol: Kolo Muani, 11; 13.

Bayern – Frayburq 1:2
Qol: Upamekano, 19 – Hofler, 27. Holer, 90+5-pen.

5 aprel

20:00. Nürnberq – Ştutqart
22:45. Leypsiq – Borussiya (Dortmund)

Xəbəri sosial şəbəkələrdə paylaş: