Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan”ın sağ cinah vingeri Bayraməli Qurbanov bundan sonra “Difai”də forma geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, 21 yaşlı futbolçu Birinci Liqa klubuna icarəyə verilib. O, bu mövsümün sonuna qədər “Difai”nin uğurları üçün çalışacaq.
Xatırladaq ki, cari mövsümdə daha çox “Araz-Naxçıvan”ın əvəzedici komandasında çıxış etmiş Bayraməli Qurbanov 8 qol vurub. O, əsas komandada 12 oyuna 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Qurbanov daha öncə “Səbail”də forma geyinib.


