Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin bu gün keçiriləcək “Beşiktaş” – “Neftçi” oyununun başlama saatı dəyişdirilib.
Arena.az xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 21:00-da yox, 22:00-da start götürəcək.
Bunun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Amma böyük ehtimalla bu, teleyayıma görə edilmiş bir dəyişiklikdir və oyunu canlı göstərəcək media qurumlarının istəyi ilə həyata keçirilib.
Xatırladaq ki, bir həftə öncə Bakıda, “Neftçi Arena”da baş tutan ilk matçda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə məğlub olub. Cavab qarşılaşması isə bu gün İstanbuldakı “Beşiktaş Arena”da baş tutacaq.
Onu da qeyd edək ki, Azərbaycan və Türkiyə klublarının duelindən qalib çıxacaq komanda Avropa Konfrans Liqasının pley-offunda “Dinamo” (Kiyev, Ukrayna) – “Aris” (Yunanıstan) cütünün güclüsü ilə üz-üzə gələcək.


