“Neftçi” bu gün Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Beşiktaş”la cavab oyununa çıxacaq.
Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Türkiyə nəhəngi ilə bu gün İstanbulda üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 22:00-da başlayacaq bu oyunun start heyətləri müəyyənləşib. Baş məşqçilər aşağıdakı heyətlərə üstünlük veriblər.
Xatırladaq ki, “Neftçi” güclü rəqibinə Bakıdakı oyunda 1:3 hesabıyla məğlub olub.
Avropa Konfrans Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunu
17 avqust
22:00. “Beşiktaş” – “Neftçi”
Baş hakim: Yulian Vaynberger (Avstriya).
İstanbul. “Beşiktaş Arena”.
İlk oyun – 3:1.
Beşiktaş: 34. Mert Günok, 24. Valentin Rozye, 20. Necip Uysal (k), 12. Daniel Amarti, 77. Umut Meraş, 71. Jan Onana, 21. Demir Tıknaz, 83. Jedson Fernandes, 90. Semih Kılıçsoy, 7. Ante Rebiç, 40. Cekson Muleka.
Ehtiyat oyunçular: 1. Ersin Destanoğlu, 97. Utku Yuvakuran, 3. Fransisko Montero, 4. Onur Bulut, 8. Salih Uçan, 9. Cenk Tosun, 10. Vensan Abubakar, 17. Kerem Kesgin, 19. Amir Hacıahmetoviç, 23. Kartal Yılmaz, 26. Artur Masuaku, 99. Emrecan Bulut.
Baş məşqçi: Şenol Günəş.
Neftçi: 1. İvan Brkiç, 5. Kenni Sayef, 4. Mark Tamaş, 44. Yuri Matias, 99. Ervin Koffi, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 23. Ataa Caber, 11. Kilan Lebon, 25. Aaron Olanare, 9. Andre Şinyaşiki.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov. 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.


