Türkiyə Super Liqasında uğursuz mövsüm keçirən “Beşiktaş” bəzi futbolçularla transfer danışıqlarının olduğu xəbərini təkzib edib.
Arena.az xəbər verir ki, İstanbul klubu rəsmi saytında açıqlama yayaraq bu məlumatlara münasibət bildirib.
Açıqlamada bu xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib:
“Klubumuzun bəzi futbolçularla transfer danışıqları aparması ilə bağlı mətbuatda və sosial mediada yayılan xəbərlər tamamilə əsassızdır. Əsas komandamızla bağlı bütün yeniliklərin rəsmi kanallarımız vasitəsilə izlənilməsini və klub tərəfindən paylaşılmayan xəbərlərin nəzərə alınmamasını xahiş edirik”.
Xatırladaq ki, “Beşiktaş” bundan öncə 5 legioner futbolçusunu – Vensan Abubakar, Valantin Rozye, Erik Bayi, Rəşid Gezzal və Jan Onananı əsas komandadan kənarlaşdırıb. Onlar zəif performans və komanda daxilində uyğunsuz davranış səbəbindən heyətdən kənarda qalıblar.
Nihad Əsədov


