Futbol üzrə Türkiyə kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.
“Fatih Karagümrük” – “Başakşəhər” matçının əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən də penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Başakşəhər” növbəti mərhələyə yüksəlib.
“Ankaragücü” – “Beşiktaş” matçında da oxşar senari yaşanıb. Əsas və əlavə vaxtda qalib müəyyənləşmədiyindən, penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələrdə daha dəqiq olan “Ankaragücü” “Beşiktaş”ı mübarizədən kənarlaşdırıb.
Səfərdə “Ümraniyəspor”la qarşılaşan “Trabzonspor” isə əzmkar qələbəyə sevinib. Erkən qol buraxan trabzonlular əsas vaxtın son saniyələrində məğlubiyyətdən xilas olublar və matçı əlavə vaxta daşıyıblar. Əlavə vaxtda daha 3 qol vuran “Trabzonspor” darmadağınla mərhələ adlayıb.
İlk oyun günündə “Sivasspor”, “Kayserispor” və “Qalatasaray” da 1/4 finala vəsiqə qazanmışdılar.
Xatırladaq ki, Türkiyə kubokunda 1/8 final mərhələsinin qalibləri bir oyuna əsasən müəyyənləşir. Bu mərhələdə VAR sistemindən də istifadə edilir.
Türkiyə kuboku
1/8 final
17 yanvar
Sivasspor – Karacabəy Bələdiyyəspor 3:0
Qol: H.Arslan, 38; 73. Njie, 83.
Antalyaspor – Kayserispor 0:2
Qol: M.Kadrozo, 105. E.Balçı, 120.
Alanyaspor – Qalatasaray 1:2
Qol: Kavalyero, 67 – Nelsson, 16; Mertens, 38.
18 yanvar
Fatih Karagümrük – Başakşəhər 2:2 (penaltilər 3:5)
Qol: Diane, 68. Frey, 115 – L.Mercan, 71. D.Türüç, 120+1.
Ankaragücü – Beşiktaş 1:1 (penaltilər 4:3)
Qol: Sou, 12 – C.Tosun, 77.
Ümraniyəspor – Trabzonspor 1:4
Qol: U.Nayir, 12 – V.Huqo, 90+3. Y.Yazıcı, 104; 111. M.Qomes, 114.
19 yanvar
18:30. Qaziantep – Konyaspor
21:30. Fənərbaxça – Rizəspor


