Bu gün futbol üzrə Avropa Liqasında 2024/2025-ci illər mövsümünün pley-off mərhələsinin ilk oyunları keçirilib.
Arena.az xəbər verir ki, 12 qarşılaşmanın hamısı eyni günə təsadüf edib.
Azərbaycan çempionu “Qarabağ”a uduzaraq Çempionlar Liqası ilə vidalaşmış Bolqarıstan nəhəngi “Ludoqorets” Avroliqada “Petrokub” (Moldova) ilə qarşılaşıb. Bolqarlar doğma meydanda baş tutan ilk oyunda 4 cavabsız qolla qalib gəliblər.
Türkiyə təmsilçisi “Beşiktaş” da bu turnirdə ilk sınağına çıxıb. İstanbul klubu İsveçrədə “Luqano”nun qonağı olub. Altı qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib.
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin cavab görüşləri avqustun 29-da baş tutacaq.
Avropa Liqası
Pley-off mərhələsinin ilk oyunları
22 avqust
LASK (Avstriya) – “Styaua” (Rumıniya) 1:1
“Molde” (Norveç) – “Elfsborq” (İsveç) 0:1
“Viktoriya” (Plzen, Çexiya) – “Harts” (Şotlandiya) 1:0
RFS (Latviya) – APOEL (Kipr) 2:1
PAOK (Yunanıstan) – “Şemrok Rovers” (İrlandiya) 4:0
“Ludoqorets” (Bolqarıstan) – “Petrokub” (Moldova) 4:0
“Makkabi” (Təl-Əviv, İsrail) – “Baçka Topola” (Serbiya) 3:0
“Luqano” (İsveçrə) – “Beşiktaş” (Türkiyə) 3:3
“Dinamo” (Minsk, Belarus) – “Anderlext” (Belçika) 0:1
“Yagellonya” (Polşa) – “Ayaks” (Niderland) 1:4
“Ferentsvaroş” (Macarıstan) – “Borats” (Bosniya və Herseqovina) 0:0
“Braqa” (Portuqaliya) – “Rapid” (Vyana, Avstriya) 2:1


