Almaniyanın “Bild” nəşrinin köşə yazarı Matis Breyqelmann maraqlı mövqeyi ilə futbol ictimaiyyətinin diqqətini çəkib.
Arena.az xəbər verir ki, Breyqelmann Almaniyanın kişi və qadın futbol komandalarının son dünya çempionatında pley-offa çıxa bilməmələrini tənqid edib:
“Almaniya yığma futbol komandaları bir vaxtlar bizim fəxrimiz idilər. Kişilər 2014-cü ildə dünya çempionu adını qazanıblar, qadınlar isə 2022-ci ilin yayında Avropa çempionatının qalibi olublar. İndi nədir?
Biz qəfildən futbol cırtdanları olduq! İdman dünyası isə bizə gülür. Turnirin favoritləri? Əvvəllər belə idi…
Dünyanın əsas komandalarından birinin zəifliyini hansı göstərici müəyyənləşdirir? Kişilər və qadınlar əsas turnirdə Cənubi Koreya, Yaponiya və ya Kolumbiya kimi ölkələrə uduzurlar. Üstün olmağımız gərək olan komandalara. Onlar isə qəfildən Almaniya üçün çox güclü oldular.
Əsas həyəcan siqnalı – keyfiyyətin olmamasıdır! Hər iki komandanın hansı oyunçusu dünya səviyyəli istedada malikdir? Popun baş zərbəsi və Musialanın driblinqindən başqa ağıla çox az şey gəlir.
Problemlər, problemlər, problemlər – və baxış sahəsəində alman futbolunu axarına qaytara biləcək kimsə görünmür. Bu, çox kədərlidir…”, Breyqelmann yazıb.


