Futbol üzrə Azərbaycan Birinci Divizionunda 12-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun görüşləri 17 və 18 dekabrda baş tutacaq.
“Kəpəz” “Zaqatala”nı qəbul edəcək. “Qarabağ”ın ikinci komandası “Qəbələ”nin, “Sumqayıt”ın ikinci komandası isə “Sabah”ın əvəzedicilərini sınağa çəkəcək.
Son çempion “Neftçi-2” bu dəfə MOİK-lə qarşılaşacaq. “Turan Tovuz” “Səbail”in əvəzedicilərini sınağa çəkəcək. Daha bir oyun “Keşlə” və “Zirə” klublarının əvəzedici komandaları arasında baş tutacaq.
Birinci Divizion
12-ci tur
17 dekabr
Qarabağ-2 – Qəbələ-2
Binə qəsəbə stadionu, 14:00.
Sumqayıt-2 – Sabah-2
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:00.
Kəpəz – Zaqatala
Gəncə şəhər stadionu, 14:00.
18 dekabr
Neftçi-2 – MOİK
“Neftçi” klubunun bazası (4-cü meydança), 14:00.
Keşlə-2 – Zirə-2
“ASK Arena”, 14:00.
Turan Tovuz – Səbail-2
Tovuz şəhər stadionu, 14:00.


