Birinci Divizion: 15-ci turun hakim təyinatları açıqlandı

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 15-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Qarabağ”la “Qəbələ”nin əvəzedicilərinin görüşündə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “İmişli” doğma eydanda “Turan Tovuz”un əvəzedicilərinə minimal hesabla qalib gəlib. “Neftçi”nin əvəzediciləri isə MOİK-ə uduzublar.

Tura sabah keçiriləcək dörd qarşılaşma ilə yekun vurulacaq.

Birinci Divizion
15-ci tur
16 dekabr

“Qarabağ-2” – “Qəbələ-2” 1:1
Qollar: Seyxan Fərəcov, 39 – Rauf Məhərrəmov, 42.
Hakimlər: Cavid Cəlilov, Şirmamed Mamedov, Samir Qaracayev, Əkbər Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Binə qəsəbə stadionu, 13:30.

“Neftçi-2” – MOİK 1:2
Qol: İlham Allahverdiyev, 56-avtoqol – İlham Allahverdiyev, 24; 86.
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Zöhrab Abbasov, Emin Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

“İmişli” – “Turan Tovuz-2” 1:0
Qol: Comərd Baxşəliyev, 41-pen.
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Asiman Əzizli, İslam Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Saatlı OİK stadionu, 14:00.

17 dekabr

“Şamaxı-2” – “Zirə-2”
Hakimlər: Elvin Bayramov, Rasim Axundov, Gülnurə Əkbərzadə, Şamil İmanzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Şamaxı şəhər stadionu, 14:00.

“Kəpəz-2” – “Sumqayıt-2”
Hakimlər: Kamran Əliyev, Orxan İbişov, Zakir Şükürzadə, Kamil Aydınov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Zaqatala” – “Araz Naxçıvan”
Hakimlər: Namiq Bəkirov, Kərim Zeynalov, Taleh Məmmədov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala OİK stadionu, 14:00.

“Səbail-2” – “Mingəçevir”
Hakimlər: Tural İbrahimov, Rəhman Aslanov, Aydın Bəxşiyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “ASCO Arena”, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: