Birinci Divizion: 19-cu turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 19-cu turun hakim təyinatları açıqlanıb. Arena.az sizi növbəti turun təyinatları ilə tanış edir.

İlk oyun günündə – sabah iki qarşılaşma baş tutacaq. “Zirə” və “Qəbələ”nin əvəzedicilərinin oyununda Əli Əliyev söz sahibi olacaq. “Səbail”in ikinci komandası ilə “Qaradağ Lökbatan”ın görüşünü isə İnqilab Məmmədov idarə edəcək.

Turun qalan oyunları aprelin 1-də keçiriləcək.

MOİK və “Sabah-2” arasındakı matç Rəvan Həmzəzadəyə tapşırılıb. “Turan Tovuz”la “Qarabağ”ın əvəzedicilərinin duelini Nicat İsmayıllı idarə edəcək.

“Keşlə” və “Sumqayıt”ın ikinci komandaları arasındakı qarşılaşmada Cavid Cəlilov söz sahibi olacaq. “Neftçi-2” ilə “Kəpəz” arasındakı qarşılaşma isə Elvin Bayramova həvalə olunub.

Birinci Divizion
19-cu tur
30 mart

“Zirə-2” – “Qəbələ-2”
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Elmin Süleymanov, Səbuhi Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASK Arena”, 15:00.

“Səbail-2” – “Qaradağ Lökbatan”
Hakimlər: İnqilab Məmmədov, Səbuhi Soltanov, Tərlan Talıbzadə, Namiq Bəkirov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Bakı. “ASCO Arena”, 15:00.

1 aprel

MOİK – “Sabah-2”
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Elman Kərimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Binə qəsəbə stadionu, 14:30.

“Turan Tovuz” – “Qarabağ-2”
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Ruslan Quliyev, Emin Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:30.

“Keşlə-2” – “Sumqayıt-2”
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Kərim Zeynalov, Rəşad Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASK Arena”, 15:00.

“Neftçi-2” – “Kəpəz”
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Şirmamed Mamedov, Tural Qurbanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: