Futbol üzrə Azərbaycan Birinci Divizionunda 21-ci turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Arena.az sizi növbəti turun təyinatları ilə tanış edir.
İlk oyun günündə baş tutacaq lider “Qaradağ Lökbatan”ın MOİK-lə oyununu FİFA referisi Elçin Məsiyev idarə edəcək. “Zaqatala”nın “Qəbələ-2” ilə ev oyununda Rauf Allahverdiyev iş başında olacaq. “Zirə” və “Qarabağ”ın əvəzedicilərinin dueli isə Cavid Cəlilova tapşırılıb.
Sonuncu oyun gününün “Turan Tovuz” – “Kəpəz” qarşılaşmasının baş hakimi Namiq Bəkirov olacaq. “Şamaxı” və “Neftçi”nin ikinci komandalarının görüşü Emin Əliyevə həvalə olunub. “Səbail”lə “Sumqayıt”ın əvəzedicilərinin oyununu isə Elvin Bayramov idarə edəcək.
Birinci Divizion
21-ci tur
12 aprel
“Zaqatala” – “Qəbələ-2”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəşad Əhmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
MOİK – “Qaradağ Lökbatan”
Hakimlər: Elçin Məsiyev, Elşad Andullayev, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Binə qəsəbə stadionu, 15:00.
“Zirə-2” – “Qarabağ-2”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Şirmamed Mamedov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASK Arena”, 15:00.
13 aprel
“Səbail-2” – “Sumqayıt-2”
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “ASCO Arena”, 15:00.
“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Tovuz şəhər stadionu, 15:00.
“Şamaxı-2” – “Neftçi-2”
Hakimlər: Emin Əliyev, Vüsal Məmmədov, Asiman Əzizli, İnqilab Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Bakı. “ASK Arena”, 15:00.


