Futbol üzrə Azərbaycan Birinci Divizionunda 22-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun oyunları aprelin 18 və 19-da keçiriləcək.
İlk oyun günündə “Qəbələ”nin əvəzediciləri “Sabah”ın ikinci komandası ilə qarşılaşacaqsa, daha bir oyun “Sumqayıt”la “Zirə”nin əvəzedici kollektivləri arasında baş tutacaq. Son çempion “Neftçi-2” isə “Turan Tovuz”la üz-üzə gələcək.
Lider “Qaradağ Lökbatan” bu turda “Zaqatala” ilə qarşılaşacaq. “Qarabağ”ın əvəzediciləri MOİK-i qəbul edəcək. “Kəpəz” isə doğma meydanda “Səbail”in əvəzediciləri ilə münasibətlərinə aydınlıq gətirəcək.
Birinci Divizion
22-ci tur
18 aprel
“Neftçi-2” – “Turan Tovuz”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.
“Qəbələ-2” – “Sabah-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.
“Sumqayıt-2” – “Zirə-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.
19 aprel
“Qarabağ-2” – MOİK
Binə qəsəbə stadionu, 16:00.
“Qaradağ Lökbatan” – “Zaqatala”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“Kəpəz” – “Səbail-2”
Gəncə şəhər stadionu, 16:00.


