Birinci Divizion: 4-cü turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 4-cü turun bütün təyinatları açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun qarşılaşmaları 13 və 14 sentyabrda keçiriləcək.

Oyunlar üç gün (13, 14 və 19 sentyabrda) ərzində keçiriləcək. “Qəbələ”nin UEFA Gənclər Liqasındakı çıxışı ilə əlaqədar olaraq bu klubun müraciəti, “Sumqayıt” klubunun razılığı ilə oyun 14 sentyabrdan 19 sentyabr tarixinə təxirə salınıb. “Kəpəz”in ikinci komandası isə ev oyununu Gəncə şəhər stadionunda, azarkeşlərin iştirakı olmadan keçirəcək.

İlk oyun günündə “Qarabağ”ın əvəzediciləri ilə “Qaradağ Lökbatan” arasında baş tutacaq matçı Əli Əliyev idarə edəcək. “Şamaxı”nın ikinci komandası ilə MOİK arasındakı görüş isə Elvin Bayramova tapşırılıb.

İkinci oyun gününün “İmişli” – “Mingəçevir” oyunu Səbuhi Bayramova həvalə olunub. “Zirə” ilə “Turan Tovuz”un əvəzediciləri arasındakı matçı Emin Əliyev idarə edəcək. “Zaqatala”nın “Səbail-2” ilə oyunu Namiq Bəkirova tapşırılıb. “Kəpəz”in əvəzedicilərinin “Araz Naxçıvan”la ev oyununda isə Tural Qurbanov söz sahibi olacaq.

Nəhayət, gələn həftənin ilk gününə təsadüf edəcək “Sumqayıt”la “Qəbələ”nin əvəzedicilərinin oyununu Kamranbəy Rəhimov idarə edəcək.

Birinci Divizion
4-cü tur
13 sentyabr

“Qarabağ-2” – “Qaradağ Lökbatan”
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Rasim Axundov, Cavid Cəlilov
Hakim-inspektor: Asim Xudiyev
Binə qəsəbə stadionu, 16:00.

“Şamaxı-2” – MOİK
Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Teymur Teymurov, İrşad Aydınov
Hakim-inspektor: Feyzulla Feyzullayev
Şamaxı şəhər stadionu, 16:00.

14 sentyabr

“Zaqatala” – “Səbail-2”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Orxan Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Kəpəz-2” – “Araz Naxçıvan”
Hakimlər: Tural Qurbanov, Asif Abdullayev, Zakir Şükürzadə, Əkbər Əhmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
Gəncə şəhər stadionu (azarkeşsiz), 16:00.

“İmişli” – “Mingəçevir”
Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Elman Kərimov, Kamran Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.

“Zirə-2” – “Turan Tovuz-2”
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Şirmamed Mamedov, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
Bakı. “ASK Arena”, 19:30.

19 sentyabr

“Sumqayıt-2” – “Qəbələ-2”
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Vüqar Həsənli.
Hakim-inspektor: Munis Abdullayev.
“Sumqayıt Arena”, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: