Birinci Divizion: “Araz Naxçıvan” “Zirə”ni də darmadağınla yola saldı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 21-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha bir qarşılaşma baş tutub.

Turun qapanış matçında lider “Araz Naxçıvan” doğma meydanda “Zirə”nin əvəzedici komandası ilə qarşılaşıb. Naxçıvan təmsilçisi bu oyunda darmadağınla qalib gəlib.

Beləliklə, 21 turdan sonra 50 xala malik “Araz Naxçıvan” vahid liderdir. İkinci pillədəki “Neftçi-2” 40, üçüncü olan “Qəbələ-2” 37 xal toplayıb.

Birinci Divizion
21-ci tur
13 mart

Neftçi-2 – Qarabağ-2 3:0
Qol: Vüsal Əsgərov, 50. İsmayıl Zülfüqarlı, 57-pen. Hüseyn Babayev, 77.
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 15:00

Səbail-2 – İmişli 2:0
Qol: Emin Rüstəmov, 18. Taleh Qarayev, 90+3.
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Aydın Bəxşiyev, Tural İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASCO Arena”, 15:00.

Qaradağ Lökbatan – Şamaxı-2 0:1
Qol: Asim Əlizadə, 51.
Hakimlər: Əkbər Əhmədov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Elvin Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Lökbatan OİK stadionu, 15:00.

Mingəçevir – Kəpəz-2 1:1
Qol: Roman Hüseynov, 59 – Nemət Musayev, 8.
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rəhman Aslanov, Namiq Bəkirov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.

14 mart

Sumqayıt-2 – MOİK 0:1
Qol: İlham Allahverdiyev, 58-pen.
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Anar Bədəlov, Rəsul Babayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

Qəbələ-2 – Turan Tovuz-2 2:0
Qol: Xəyal Xudaverdiyev, 51. Mehrac Baxşalı, 54.
Hakimlər: Əli Əliyev, Ruslan Quliyev, Səbuhi Soltanov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

15 mart

Araz Naxçıvan – Zirə-2 3:0
Qol: De Saboa İv Lüsyen, 29. Orxan Əliyev, 60. Fərid Kərimzadə, 86.
Hakimlər: Şamil İmanzadə, Vüqar Bayramov, Asif Abdullayev, Murad Səlimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Naxçıvan Muxtar Respublika stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: