Birinci Divizion: “Araz Naxçıvan”la “hərbçilər” də bacarmadı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 25-ci turuna start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Səfərdə MOİK-lə qarşılaşan lider “Araz Naxçıvan” bu rəqibinə də qalib gəlib. “Zaqatala” doğma meydanda “Kəpəz”in əvəzedicilərinə qalib gəlibsə, “Qaradağ Lökbatan” da “Turan Tovuz”un ikinci komandasını məğlub yola salıb. “Mingəçevir” də “Qəbələ”nin əvəzediciləri ilə dueldən qalib ayrılıb.

Turun qalan qarşılaşmaları sabah keçiriləcək.

Birinci Divizion
25-ci tur
17 aprel

MOİK – “Araz Naxçıvan” 1:2
Qol: Muxtar Nəzərli, 86 – Fərid Kərimzadə, 21. Xəyal Tomarov, 62.
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Asiman Əzizli, Rövşən Rəcəbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 15:00.

“Zaqatala” – “Kəpəz-2” 2:0
Qol: Cəlal Cəbrayılov, 20. Bəhruz Teymurov, 61-pen.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Aydın Bəxşiyev, Elvin Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Turan Tovuz-2” 3:0
Qol: Ceyhun Muxtarlı, 2. Mehdi Həşimov, 28. Ürfan İsmayılov, 55.
Hakimlər: Əli Əliyev, Zakir Şükürzadə, Rəhman Aslanov, Əkbər Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Mingəçevir” – “Qəbələ-2” 1:0
Qol: Tural Məmmədzadə, 45+1.
Hakimlər: Tural İbrahimov, Elman Kərimov, Orxan İbişov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:00.

18 aprel

“Səbail-2” – “Zirə-2”
Hakimlər: Nicat İsmayıllı, Asif Abdullayev, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASCO Arena”, 15:00.

“Qarabağ-2” – “Şamaxı-2”
Hakimlər: Kamal Umudlu, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 15:00.

“Neftçi-2” – “Sumqayıt-2”
Hakimlər: Şamil İmanzadə, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Kamran Əliyev.
Hakim-inspektor: Gölağa Cabarov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: