Futbol üzrə Azərbaycan Birinci Divizionunda 8-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
“İmişli” “Zaqatala” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb. Əvvəlki bütün oyunlarında uduzmuş bu komanda ilk dəfə 3 xala sevinib. “Kəpəz”lə “Səbail”in əvəzedici komandalarının oyunlarında da meydan sahibləri qələbə qazanıblar. “Neftçi”nin əvəzediciləri isə səfərdə “Şamaxı”nın ikinci komandasını 3 cavabsız qolla məğlub edib. “Qaradağ Lökbatan” da “Sumqayıt”ın əvəzediciləri ilə dueldən heç-heçə ilə ayrılıb.
Tura sabah keçiriləcək üç oyunla yekun vurulacaq.
Birinci Divizion
8-ci tur
18 oktyabr
“İmişli” – “Zaqatala” 3:1
Qol: Elariz Xəlilli, 40; 70. Elnur Səmədov, 89 – Cəlal Cəbrayılov, 85.
Hakimlər: Əkbər Əhmədov, Asiman Əzizli, Elmin Süleymanov, Əli Əliyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Saatlı OİK stadionu, 14:30
“Şamaxı-2” – “Neftçi-2” 0:3
Qol: Həbib İsmayılov, 20; 90+5. İbrahimov Novruzov, 90+5.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, Elvin Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
Şamaxı şəhər stadionu, 14:30
“Kəpəz-2” – “Səbail-2” 3:1
Qol: Nicat Verdiyev, 82. Əli Səmədov, 90+2 – Elvin Valiyev, 74.
Hakimlər: Emin Əliyev, Rasim Axundov, Anar Bədəlov, İslam Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:30.
“Qaradağ Lökbatan” – “Sumqayıt-2” 0:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Sevda Nuriyeva, Səbuhi Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
Lökbatan OİK stadionu, 14:30.
19 oktyabr (çərşənbə)
“Zirə-2” – “Mingəçevir”
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ceyhun Haşımov.
“ASK Arena”, 13:00.
“Turan Tovuz-2” – MOİK
Hakimlər: Namiq Bəkirov, Elman Kərimov, Zakir Şükürzadə, Mahmud Bağırzadə.
Hakim-inspektor: Ramil Diniyev.
Tovuz şəhər stadionu, 14:30.
“Qəbələ-2” – “Araz Naxçıvan”
Hakimlər: Rövşən Rəcəbov, Ruslan Quliyev, Teymur Teymurov, Şamil İmanzadə.
Hakim-inspektor: Anar Salmanov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.


