Birinci Divizion: “Kəpəz” uduzdu, “Neftçi” qalib gəldi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 14-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Sabah”ın ikinci komandası “Neftçi”nin əvəzediciləri ilə görüşdə 3:4 hesabı ilə uduzub. “Kəpəz” isə Qəbələ səfərində məğlubiyyətə üzülüb. “Qaradağ Lökbatan”ın “Sumqayıt”ın əvəzediciləri ilə görüşündə isə qol qeydə alınmayıb.

Turun qalan oyunları sabah keçiriləcək. Sonuncu oyun günündə də üç qarşılaşma ba tutacaq.. “Zaqatala” evdə “Keşlə”nin ikinci komandasıyla qarşılaşacaq. “Zirə” və “Səbail”in əvəzedicilərinin qarşılaşacağı günün digər matçı da MOİK-lə “Turan Tovuz” arasında baş tutacaq.

Birinci Divizion
14-cü tur
15 fevral

Qaradağ Lökbatan – Sumqayıt-2 0:0
Qırmızı vərəqə: Ceyhun Muxtarlı, 75 (Qaradağ Lökbatan).
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

Qəbələ-2 – Kəpəz 2:0
Qollar: Kamal Mirzəyev, 44-pen. Fərid İsgəndərov, 51.
Qırmızı vərəqələr: Nicat Süleymanov, 27 (Kəpəz). Ümid Səmədov, 90+4 (Kəpəz).
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Səbuhi Soltnov, Əli Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.

Sabah-2 – Neftçi-2 3:4
Qol: Fərid Kərimzadə, 22; 73. Kamran Quliyev, 31-pen – Samir Qurbanov, 37; 65. Xəqani Sadıxov, 82. Mirabdulla Abbasov, 90+4.
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Müslüm Əliyev, Cavid Cəlilov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Binə qəsəbə stadionu, 14:30.

16 fevral

Zaqatala – Keşlə-2
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Kamran Bayramov, Emin Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elman Musayev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

MOİK – Turan Tovuz
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Binə qəsəbə stadionu, 14:30.

Zirə-2 – Səbail-2
Hakimlər: Rauf Allahverdiyev, Asiman Əzizli, Şirmamed Mamedov, Elvin Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“ASK Arena”, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: