Birinci Divizion: “Kəpəz” uduzdu, “Turan Tovuz” qalib gəldi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 23-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha dörd qarşılaşma baş tutub.

“Turan Tovuz” doğma meydanda “Şamaxı”nın əvəzediciləri üzərində inamlı qələbəyə sevinib. “Kəpəz” isə “Zirə”nin ikinci komandası ilə görüşdən məğlubiyyətlə ayrılıb.

“Səbail”lə “Neftçi”nin əvəzedicilərinin duelində qol qeydə alınmayıb.

Çempionluğu təmin edən “Qaradağ Lökbatan” isə bu turda “Sabah”ın əvəzediciləri ilə oyundan məhsuldar heç-heçə ilə ayrılıb.

Birinci Divizion
23-cü tur
26 aprel

“Zaqatala” – “Qarabağ-2” 1:2
Qollar: Roini İsmayılov, 18 – Mehdi Tahirov, 15. Seyxan Fərəcov, 35.
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

MOİK – “Sumqayıt-2” 2:0
Qol: Əli Əliyev, 20. İlham Allahverdiyev, 42.
Hakimlər: Rövşən Rəcəbov, Nahid Əliyev, Vüqar Bayramov, Tural Qurbanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Binə qəsəbə stadionu, 16:00.

27 aprel

“Turan Tovuz” – “Şamaxı-2” 4:2
Qol: Səbayıl Bağırov, 40; 64. Abbas Ağazadə, 83. Rövşən Şahmuradov, 87 – Emin Quliyev, 43. Bahadur Həziyev, 73.
Hakimlər: Vüqar Həsənli, Elmin Süleymanov, Elman Kərimov, Namiq Bəkirov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Tovuz şəhər stadionu, 15:00.

“Zirə-2” – “Kəpəz” 3:2
Qol: Ramin Abdullayev, 15. Cavad Qurbanlı, 66. Tamerlan Burcəliyev, 85 – Bəhruz Teymurov, 23. Cavad Kərimov, 72.
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Kərim Zeynalov, Emin Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“ASK Arena”, 16:00.

“Səbail-2” – “Neftçi-2” 0:0
Hakimlər: Səbuhi Bayramov, Zöhrab Abbasov, Tərlan Talıbzadə, Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASCO Arena”, 16:00.

“Sabah-2” – “Qaradağ Lökbatan” 2:2
Qol: Nazim Həsənzadə, 45. Nodar Məmmədov, 54-öz qapısına – Sabir Allahquliyev, 42. Elnur Cəfərov, 79.
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Binə qəsəbə stadionu, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: