Birinci Divizion: “Kəpəz” və “Turan Tovuz” səfərdə sevindi

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 25-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.

MOİK-in “Neftçi-2” ilə oyununda qalib müəyyənləşməyib. “Kəpəz” səfərdə “Zaqatala” üzərində qələbəyə sevinibsə, “Turan Tovuz” “Səbail”in əvəzedicilərini 6 cavabsız qolla məğlub edib.

“Qarabağ”ın ikinci komandası “Qəbələ-2” ilə dueldən inamlı qələbə ilə ayrılıb. “Şamaxı-2” “Zirə”nin əvəzedicilərini böyük hesabla məğlub edibsə, “Sabah-2” də “Sumqayıt”ın əvəzedici komandasını məğlub yola salıb.

Birinci Divizion
25-ci tur
11 may

“Qəbələ-2” – “Qarabağ-2” 0:2
Qol: Nəriman Axundzadə, 49; 78.
Hakimlər: Nicat İsmayıllı, Ruslan Quliyev, Teymur Teymurov, Elvin Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

“Sabah-2” – “Sumqayıt-2” 2:0
Qol: İldar Ələkbərov, 55. Kamran Quliyev, 76.
Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Taleh Məmmədov, Emin Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
“Bank Respublika Arena” (ehtiyat meydança), 16:00.

“Zaqatala” – “Kəpəz” 0:1
Qol: Bəhruz Teymurov, 69.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Vüqar Bayramov, Namiq Bəkirov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

MOİK – “Neftçi-2” 1:1
Qol: Elvin Nəsibov, 50 – Xəqani Sadıxov, 1.
Hakimlər: İnqilab Məmmədov, Elman Kərimov, Tərlan Talıbzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Binə qəsəbə stadionu, 16:00.

“Zirə-2” – “Şamaxı-2” 1:4
Qol: Nicat Məmmədov, 29 – Fuad Bayramov, 7. Qurban Səfərov, 19; 90. Tural Axundov, 76.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Əli Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. “ASK Arena”, 16:00.

“Səbail-2” – “Turan Tovuz” 0:6
Qol: Səbayıl Bağırov, 2; 41; 86. Sadiq Şəfiyev, 13; 19; 69.
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Kərim Zeynalov, Cavid Cəlilov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “ASCO Arena”, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: