Futbol üzrə Azərbaycan Birinci Divizionunda 19-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
“Mingəçevir” doğma meydanda “İmişli”yə 2 cavabsız qolla uduzub. “Səbail”in ikinci komandası “Zaqatala”nı, MOİK isə “Şamaxı”nın əvəzedicilərini məğlub edib. Səfərdə “Qaradağ Lökbatan”la qarşılaşan “Qarabağ”ın əvəzediciləri də turu məğlubiyyətlə başa vurublar. Lider “Araz Naxçıvan” isə “Kəpəz”in ikinci komandası ilə ev oyununda 4 cavabsız qola sevinib.
Turun qalan iki oyunu sabah baş tutacaq.
Birinci Divizion
19-cu tur
1 mart
“Səbail-2” – “Zaqatala” 3:1
Qol: Vüsal Qənbərov, 57. Xəyal Bədirov, 84. Zeynəddin Abdurahmanov, 90+3 – Bəhruz Teymurov, 79.
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Sevda Nuriyeva, Fərid Hacıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Bakı. “ASCO Arena”, 14:00.
“Qaradağ Lökbatan” – “Qarabağ-2” 1:0
Qol: Ürfan İsmayılov, 90+4-pen.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Gülnura Əkbərzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Emin Cəfərov
Lökbatan OİK stadionu, 14:00.
“Mingəçevir” – “İmişli” 0:2
Qol: Bayram Əliyev, 44. Ülvi İbazadə, 87.
Hakimlər: Şamil İmanzadə, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Tural İbrahimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:30.
MOİK – “Şamaxı-2” 4:2
Qol: Muxtar Nəzərli, 58. İlham Allahverdiyev, 63; 90+3-pen. İbrahim Əliyev, 66 – Xəyal İbrahimov, 2; 14.
Hakimlər: İslam Məmmədov, Asif Abdullayev, Rasim Axundov, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Binə qəsəbə stadionu, 14:00.
“Araz Naxçıvan” – “Kəpəz-2” 4:0
Qol: Fəhmin Muradbəyli, 37. Bayraməli Qurbanov, 72. Ege Atlam Adnan, 74. Orxan Əliyev, 85.
Hakimlər: Rövşən Rəcəbov, Elman Kərimov, Anar Bədəlov, Mahmud Bağırzadə
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Naxçıvan Muxtar Respublika stadionu, 15:00.
2 mart
“Turan Tovuz-2” – “Zirə-2”
Hakimlər: Namiq Bəkirov, Ruslan Quliyev, Sənan Atayev, Rəsul Babayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu, 14:00.
“Qəbələ-2” – “Sumqayıt-2”
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Zakir Şükürzadə, Murad Səlimov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.


