Birinci Divizion: Liderdən növbəti, “Kəpəz”dən əzmkar qələbə

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 22-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“Qarabağ”ın əvəzediciləri MOİK-lə oyundan heç-heçə ilə ayrılıb. Lider “Qaradağ Lökbatan” “Zaqatala” ilə ev oyununda inamlı qələbəyə sevinib. Son dövrlər uğursuz çıxışı ilə diqqət mərkəzində olan “Kəpəz” isə “Səbail”in ikinci komandası ilə görüşdə əzmkar qələbə qazanıb.

Birinci Divizion
22-ci tur
18 aprel

“Neftçi-2” – “Turan Tovuz” 3:0
Qol: Xəqani Sadıxov, 19. Seymur Əliyev, 55. Mirabdulla Abbasov, 90+4.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Taleh Məmmədov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 16:00.

“Qəbələ-2” – “Sabah-2” 1:1
Qol: Hüseyn Mürsəlov, 45+3 – Kamran Quliyev, 88-pen.
Hakimlər: Tural Qurbanov, Şirmamed Mamedov, Asiman Əzizli, Elvin Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

“Sumqayıt-2” – “Zirə-2” 2:1
Qol: İbrahim Əliyev, 29. Nəbi Məmmədov, 63 – Məhəmməd Səfərov, 8.
Hakimlər: Əli Əliyev, Teymur Teymurov, Elmin Süleymanov, Emin Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.

19 aprel

“Qarabağ-2” – MOİK 0:0
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Ruslan Quliyev, Cavid Cəlilov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 16:00.

“Qaradağ Lökbatan” – “Zaqatala” 2:0
Qol: Sabir Allahquliyev, 5; 27-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Səbuhi Soltanov, Tərlan Talıbzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

“Kəpəz” – “Səbail-2” 2:1
Qol: Bəhruz Teymurov, 20. Cavad Kərimov, 55 – Elvin Sərkarov, 12-pen.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Elman Kərimov, Namiq Bəkirov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Gəncə şəhər stadionu, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: