Birinci Divizion: “Mingəçevir” də Naxçıvandan əliboş qayıtdı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 26-cı turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha iki qarşılaşma baş tutub.

Lider “Araz Naxçıvan” doğma meydanda “Mingəçevir”ə 2 cavabsız qolla qalib gəlib. “Zirə” ilə “Neftçi”nin əvəzedici komandalarının görüşündə isə qalib müəyyənləşməyib.

Xatırladaq ki, 26-cı turun “Kəpəz-2” – “Qarabağ-2” oyunu mayın 1-də keçiriləcək.

Birinci Divizion
26-cı tur
24 aprel

“Turan Tovuz-2” – “Səbail-2” 0:2
Qollar: Taleh Qarayev, 71; 90+3.
Hakimlər: Vüqar Həsənli, Vüqar Bayramov, Tərlan Talıbzadə, Elvin Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Tovuz şəhər stadionu, 15:00.

25 aprel

“Şamaxı-2” – “İmişli” 2:1
Qol: Rafət Aydınov, 2-öz qapısına. Asim Əlizadə, 43 – Rafət Aydınov, 15.
Hakimlər: Əli Əliyev, Rasim Axundov, Anar Bədəlov, Səbuhi Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu, 15:00.

“Qəbələ-2” – “Qaradağ Lökbatan” 0:1
Qol: Mehdi Həşumov, 19.
Hakimlər: Emin Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.

“Sumqayıt-2” – “Zaqatala” 0:1
Qol: İbrahim Qədirzadə, 26.
Hakimlər: İslam Məmmədov, Sənan Atayev, Rəhman Aslanov, Rəsul Babayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:00.

26 aprel

“Araz Naxçıvan” – “Mingəçevir” 2:0
Qol: Bayraməli Qurbanov, 16. Orxan Əliyev, 81.
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Naxçıvan Muxtar Respublika stadionu, 14:00.

“Zirə-2” – “Neftçi-2” 1:1
Qol: Taleh Fərmanov, 66 – Aqşin Abazərov, 38.
Hakimlər: Murad Səlimov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Tural İbrahimov.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: