Birinci Divizion: “Neftçi” 5, “Qarabağ” 6 qolla qalib gəldi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2022/2023 mövsümünün 25-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“Səbail” və “Zirə”nin əvəzediciləri arasındakı oyunda qonaqlar 3 cavabsız qolla qalib gəliblər. “Qarabağ”la “Şamaxı”nın ikinci komandaları arasındakı görüşdə isə meydan sahibləri 5 cavabsız qola seviniblər. “Neftçi”nin əvəzediciləri də “Sumqayıt”ın ikinci komandası üzərində darmadağınla 3 xal qazanan tərəf olub.

Beləliklə, 25 turdan sonra 57 xala malik “Araz Naxçıvan” vahid liderdir. “Neftçi”nin ikinci komandası 50 xalla ikinci, “Qəbələ-2” isə 41 xalla üçüncü pillədə qərarlaşıb.

Birinci Divizion
25-ci tur
17 aprel

MOİK – “Araz Naxçıvan” 1:2
Qol: Muxtar Nəzərli, 86 – Fərid Kərimzadə, 21. Xəyal Tomarov, 62.
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Asiman Əzizli, Rövşən Rəcəbov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 15:00.

“Zaqatala” – “Kəpəz-2” 2:0
Qol: Cəlal Cəbrayılov, 20. Bəhruz Teymurov, 61-pen.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Aydın Bəxşiyev, Elvin Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Qaradağ Lökbatan” – “Turan Tovuz-2” 3:0
Qol: Ceyhun Muxtarlı, 2. Mehdi Həşimov, 28. Ürfan İsmayılov, 55.
Hakimlər: Əli Əliyev, Zakir Şükürzadə, Rəhman Aslanov, Əkbər Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Mingəçevir” – “Qəbələ-2” 1:0
Qol: Tural Məmmədzadə, 45+1.
Hakimlər: Tural İbrahimov, Elman Kərimov, Orxan İbişov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:00.

18 aprel

“Səbail-2” – “Zirə-2” 0:3
Qol: Xəqani Sadıxov, 40. Taleh Fərmanov, 54. Mahmud Ağayev, 90.
Hakimlər: Nicat İsmayıllı, Asif Abdullayev, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. “ASCO Arena”, 15:00.

“Qarabağ-2” – “Şamaxı-2” 5:0
Qol: Mehdi Tahirov, 28. Nəriman Axundzadə, 49-pen; 64. Əli Nəcəfli, 84. Mirmövsüm Caniyev, 90+1.
Hakimlər: Kamal Umudlu, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 15:00.

“Neftçi-2” – “Sumqayıt-2” 6:1
Qol: Ağadadaş Salyanski, 11. Vüsal Əsgərov, 31; 46; 73. Elşad Tağıyev, 64. Aqşin Abazərov, 65 – Xəzər Mahmudov, 38-pen.
Hakimlər: Şamil İmanzadə, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Kamran Əliyev.
Hakim-inspektor: Gölağa Cabarov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: