Birinci Divizion: “Neftçi” Sumqayıtda, “Kəpəz” Gəncədə sevindi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 10-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Zirə” ilə “Səbail”in əvəzediciləri arasındakı oyunda dörd qol qeydə alınsa da, qalib müəyyənləşməyib. “Sumqayıt”ın ikinci komandası doğma meydanda “Neftçi”nin əvəzedicilərinə uduzub. “Kəpəz”in əvəzedici komandası isə “Zaqatala” üzərində qələbəyə sevinib.

Tura sabah keçiriləcək dörd oyunla yekun vurulacaq.

Birinci Divizion
10-cu tur
1 noyabr

“Zirə-2” – “Səbail-2” 2:2
Qol: Samir Ağayev, 42. Mahmud Ağayev, 45+2 – Vidadi Cəfərov, 14; 53.
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Teymur Teymurov, Şamil İmanzadə
Hakim-inspektor: İmanxan Sultani
Bakı. “ASK Arena”, 13:00.

“Sumqayıt-2” – “Neftçi-2” 1:2
Qol: Nihad Ağayev, 30 – İbrahim Novruzov, 3. Vüsal Əsgərov, 61.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Sevda Nuriyeva, Emin Əliyev
Hakim-inspektor: Asim Xudiyev
Binə qəsəbə stadionu, 14:00.

“Kəpəz-2” – “Zaqatala” 2:1
Qol: Rauf Əliyev, 36. Cavad Kərimov, 69 – Emin Quliyev, 64.
Hakimlər: Əkbər Əhmədov, Elmin Süleymanov, Orxan İbişov, Rövşən Rəcəbov
Hakim-inspektor: Gülağa Cabarov
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:30.

2 noyabr

“Şamaxı-2” – “Qarabağ-2”
Hakimlər: Kamran Əliyev, Səbuhi Sultanov, Rasim Axundov, Tural İbrahimov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Şamaxı şəhər stadionu, 14:00.

“Turan Tovuz-2” – “Qaradağ Lökbatan”
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Sənan Atayev, İrşad Aydınov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Tovuz şəhər stadionu, 14:00.

“Qəbələ-2” – “Mingəçevir”
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Tərlan Talıbzadə, İslam Məmmədov.
Hakim-inspektor: Munis Abdullayev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.

“Araz Naxçıvan” – MOİK
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Ruslan Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Əmrah İbrahimov.
Naxçıvan Muxtar Respublika Stadionu 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: