Futbol üzrə Azərbaycan Birinci Divizionunda 12-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
“Kəpəz”in əvəzediciləri “İmişli” ilə ev oyununda 3 cavabsız qolla qalib gəlib. “Turan Tovuz”la “Neftçi”nin əvəzediciləri arasındakı oyunda da meydan sahibləri darmadağına seviniblər. “Qarabağ”ın ikinci komandası səfərdə “Sumqayıt”ın əvəzedicilərini 2 cavabsız qolla üstələyib. “Zaqatala” da “Zirə”nin ikinci komandası ilə səfər oyunundan qalib ayrılıb.
Tura sabah keçiriləcək üç oyunla yekun vurulacaq.
Birinci Divizion
12-ci tur
30 noyabr
“Zirə-2” – “Zaqatala” 1:2
Qol: Xəqani Sadıxov, 79 – Rəhman Şabanov, 41. Emin Quliyev, 81.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Asif Abdullayev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Babək Quliyev.
Bakı. “ASK Arena”, 13:00.
“Kəpəz-2” – “İmişli” 3:0
Qol: Rauf Əliyev, 21. Cavad Kərimov, 42. Əli Səmədov, 77.
Hakimlər: Əkbər Əhmədov, Elman Kərimov, Zakir Şükürzadə, Tural İbrahimov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 14:00.
“Sumqayıt-2” – “Qarabağ-2” 0:2
Qol: Elton Mikayılov, 75. Əşrəf Zeynallı, 86.
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Sevda Nuriyeva, Emin Əliyev.
Hakim-inspektor: Gülağa Cabarov.
Binə qəsəbə stadionu, 14:00.
“Turan Tovuz-2” – “Neftçi-2” 4:1
Qol: İmeda Aşortiya, 10-pen. Piruzi Marakvelidze, 21. Nazim Həsənzadə, 71. İzzət Müştaqov, 83 – İbrahim Novruzov, 90+1.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Tovuz şəhər stadionu, 14:00.
1 dekabr
“Qəbələ-2” – “Səbail-2”
Hakimlər: Kamran Əliyev, Teymur Teymurov, Rasim Axundov, Rəsul Babayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.
MOİK – “Mingəçevir”
Hakimlər: Elvin Bayramov, Asiman Əzizli, Anar Bədəlov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: İmanxan Sultani.
Binə qəsəbə stadionu, 14:00.
“Araz Naxçıvan” – “Qaradağ Lökbatan”
Hakimlər: İslam Məmmədov, Kərim Zeynalov, Orxan İbişov, Səbuhi Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
Naxçıvan Muxtar Respublika Stadionu, 15:00.