Futbol üzrə Azərbaycan Birinci Divizionunda 8-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
“Qaradağ Lökbatan” MOİK-lə oyunda minimal hesabla üstün olub. “Qarabağ”ın əvəzediciləri “Zirə”nin ikinci komandasına 6 cavabsız qolla qalib gəlib. “Qəbələ”nin əvəzediciləri isə evdə “Zaqatala”ya məğlub olub.
İlk oyun günündə “Kəpəz” “Turan Tovuz”a qalib gəlmişdi. Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. “Sumqayıt”ın əvəzediciləri “Səbail”in, “Neftçi”nin əvəzediciləri isə “Keşlə”nin ikinci komandası ilə üz-üzə gələcək.
Birinci Divizion
8-ci tur
16 noyabr
Kəpəz – Turan Tovuz 2:1
Qol: Vüsal Məsimov, 35. Cavid İmamverdiyev, 76 – Sadiq Şəfiyev, 45.
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Qəzənfər Məmmədov, Tural Qurbanov
Gəncə şəhər stadionu, 14:00
17 noyabr
Qəbələ-2 – Zaqatala 1:3
Qol: Aqil Nəsibov, 37 – Roini İsmayılov, 63. Xəlil Bəşirov, 74. Əsədulla Heydərov, 89.
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Asiman Əzizli, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:30.
Qaradağ Lökbatan – MOİK 1:0
Qol: Sabir Allahquliyev, 41.
Hakimlər: Vüqar Həsənli, Nahid Əliyev, Ruslan Quliyev, Səbuhi Bayramov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
Qarabağ-2 – Zirə-2 6:0
Qol: Əli Nəcəfli, 12. Mehdi Tahirov, 15. Seyxan Fərəcov, 45+1. Nəriman Axundzadə, 70. Şirxan Həsənzadə, 75. Ruslan Bayramov, 84.
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Şirmamed Mamedov, Elvin Bayramov.
Binə qəsəbə stadionu, 14:30.
18 noyabr
Sumqayıt-2 – Səbail-2
Hakimlər: Rauf Allahverdiyev, Teymur Teymurov, Kərim Zeynalov, Emin Əliyev.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:30.
Neftçi-2 – Keşlə-2
Hakimlər: Cavid Cəlilov, Zöhrab Abbasov, Elmin Süleymanov, Əli Əliyev.
“Neftçi”nin bazası (4-cü meydança), 15:00.
Hazırda “Qaradağ Lökbatan” 8 oyuna topladığı 19 xalla birinci pillədə qərarlaşıb. MOİK 16 xalla ikincidir. “Kəpəz” və “Sabah-2” isə 13 xalla 3-4-cü pillələri bölüşürlər.


