Birinci Divizion: Qəzaya görə təxirə salınmış matçın vaxtı açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 20-ci turdan təxirə salınmış “Şamaxı-2” – “Mingəçevir” matçının keçiriləcəyi tarix müəyyənləşib. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, qarşılaşma martın 24-də Şamaxı şəhər stadionunda keçiriləcək. Oyuna saat 15:00-da start veriləcək.

Xatırladaq ki, “Şamaxı-2” – “Mingəçevir” oyunu martın 7-də keçirilməli idi. Lakin həmin gün qonaq komandanı Şamaxıya aparan avtobus yük avtomobili ilə toqquşduğu üçün qarşılaşma təxirə salınmışdı. Qəza nəticəsində klub rəsmiləri və futbolçular arasında xəsarət alanlar olsa da, xoşbəxtlikdən, dünyasını dəyişən olmamışdı.

Birinci Divizion
20-ci tur
24 mart

“Şamaxı-2” – “Mingəçevir”
Şamaxı şəhər stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: