Birinci Divizion: “Qarabağ” “Neftçi”yə böyük hesabla uduzdu

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 21-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

“Mingəçevir” doğma meydanda “Kəpəz”in əvəzediciləri üz-üzə gəlib. Bu matçda qalib müəyyənləşməyib.

“Neftçi” və “Qarabağ”ın əvəzediciləri arasında baş tutan oyunda meydan sahibləri darmadağına imza atıblar. “Səbail”in ikinci komandası isə “İmişli” üzərində inamlı qələbəyə sevinib. “Qaradağ Lökbatan” da “Şamaxı”nın əvəzediciləri ilə oyunda məğlubiyətlə üzləşib.

Turun qalan üç oyunu qarşıdakı iki gündə baş tutacaq.

Birinci Divizion
21-ci tur
13 mart

Neftçi-2 – Qarabağ-2 3:0
Qol: Vüsal Əsgərov, 50. İsmayıl Zülfüqarlı, 57-pen. Hüseyn Babayev, 77.
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 15:00

Səbail-2 – İmişli 2:0
Qol: Emin Rüstəmov, 18. Taleh Qarayev, 90+3.
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Aydın Bəxşiyev, Tural İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASCO Arena”, 15:00.

Qaradağ Lökbatan – Şamaxı-2 0:1
Qol: Asim Əlizadə, 51.
Hakimlər: Əkbər Əhmədov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Elvin Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Lökbatan OİK stadionu, 15:00.

Mingəçevir – Kəpəz-2 1:1
Qol: Roman Hüseynov, 59 – Nemət Musayev, 8.
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rəhman Aslanov, Namiq Bəkirov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.

14 mart

Sumqayıt-2 – MOİK
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Anar Bədəlov, Rəsul Babayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.

Qəbələ-2 – Turan Tovuz-2
Hakimlər: Əli Əliyev, Ruslan Quliyev, Səbuhi Soltanov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

15 mart

Araz Naxçıvan – Zirə-2
Hakimlər: Şamil İmanzadə, Vüqar Bayramov, Asif Abdullayev, Murad Səlimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Naxçıvan Muxtar Respublika stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: