Birinci Divizion: “Şamaxı” 3 xalı 5 cavabsız qolla qazandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 24-cü tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Şamaxı”nın əvəzediciləri “Səbail-2” ilə oyunda 5 cavabsız qolla qalib gəlib. “Neftçi” ilə “Zirə”nin ikinci komandalarının oyununda da meydan sahibləri qələbəni bayram edən tərəf olub. “Zaqatala” isə “Sumqayıt”ın əvəzedicilərini minimal hesabla üstələyib.

Tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq.

Birinci Divizion
24-cü tur
1 may

“Şamaxı-2” – “Səbail-2” 5:0
Qol: Emin Rüstəmov, 30-öz qapısına. Samir Abdullayev, 35. Kamal Kazımov, 43. Vüsal Qənbərov, 48. Qurban Səfərov, 87.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Tural Qurbanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “ASK Arena”, 16:00.

“Neftçi-2” – “Zirə-2” 1:0
Qol: Xəqani Sadıxov, 34.
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Elşad Abdullayev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.

“Sumqayıt-2” – “Zaqatala” 0:1
Qol: Xəlil Bəşirov, 26.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kərim Zeynalov, Nicat İsmayıllı.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Sumqayıt. “Kapital Bank Arena” (ehtiyat meydança), 16:00.

2 may

“Kəpəz” – MOİK
Hakimlər: Əli Əliyev, Elmin Süleymanov, Teymur Teymurov, Elvin Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu, 15:30.

“Qarabağ-2” – “Sabah-2”
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Elman Kərimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 16:00.

“Qaradağ Lökbatan” – “Qəbələ-2”
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Vüqar Bayramov, Səbuhi Bayramov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: