Birinci Divizion: Şamaxıda 6 qol, Sumqayıtda darmadağın

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 22-ci tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Zirə”nin əvəzedicilərinin MOİK-lə ev oyununda qalib müəyyənləşməyib. “Sumqayıt”ın ikinci komandası isə “Mingəçevir”lə ev oyununda darmadağına sevinib. Altı qolun qeydə alındığı “Şamaxı” və “Səbail”in əvəzediciləri araısndakı matçda isə qonaqlar qalib gəliblər.

Tura sabah keçiriləcək dörd oyunla yekun vurulacaq.

Birinci Divizion
22-ci tur
29 mart

“Zirə-2” – MOİK 1:1
Qol: Xəqani Sadıxov, 82 – Cavad Qurbanlı, 61-öz qapısına.
Hakimlər: Rauf Allahverdiyev, Rasim Axundov, Gülnurə Əkbərzadə, Əli Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “ASK Arena”, 13:00.

“Sumqayıt-2” – “Mingəçevir” 3:0
Qol: Ayxan Süleymanlı, 68. Rüstəm Hümbətov, 85-pen. Cavidan Abbaszadə, 87.
Hakimlər: İnqilab Məmmədov, Asiman Əzizli, Sevda Nuriyeva, Səbuhi Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

“Şamaxı-2” – “Səbail-2” 2:4
Qol: Tapdıq Əhmədov, 17. Asim Əliyev, 49 – Elvin Vəliyev, 16. Xəyal Bədirov, 51. Balamirzə Soltanov, 80. Kamran Məlikov, 90+3-öz qapısına.
Hakimlər: Tural İbrahimov, Asif Abdullayev, Zakir Şükürzadə, Murad Səlimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Şamaxı şəhər stadionu, 15:00.

30 mart

“Turan Tovuz-2” – “Araz Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Orxan İbişov, İslam Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Tovuz şəhər stadionu, 14:00.

“Kəpəz-2” – “Qaradağ Lökbatan”
Hakimlər: Emin Əliyev, Səbuhi Soltanov, Aydın Bəxşiyev, Namiq Bəkirov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

“İmişli” – “Neftçi-2”
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Sənan Atayev, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:00 .

“Qarabağ-2” – “Zaqatala”
Hakimlər: Elvin Bayramov, Tərlan Talıbzadə, Rəhman Aslanov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Binə qəsəbə stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: