Birinci Divizion: Sumqayıtda darmadağın, “Qarabağ”dan xal itkisi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 10-cu tura start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Qaradağ Lökbatan” “Sabah”ın əvəzedicilərini qəbul edib. Beş qolun qeydə alındığı bu oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Qarabağ”ın ikinci komandası “Zaqatala”nı qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib. “Sumqayıt”ın əvəzediciləri isə MOİK-lə ev oyununda böyük hesabla uduzub.

Turun qalan görüşləri sabah keçiriləcək. Sonuncu oyun günündə “Kəpəz” “Zirə”nin əvəzediciləri ilə üz-üzə gələcək. “Turan Tovuz” səfərdə “Keşlə”nin ikinci komandası ilə qarşılaşacaq. Son çempion “Neftçi-2” də “Səbail”in əvəzediciləri ilə münasibətlərinə aydınlıq gətirəcək.

Birinci Divizion
10-cu tur
30 noyabr

Qaradağ Lökbatan – Sabah-2 3:2
Qol: Sabir Allahquliyev, 7; 90. Həbib İsmayılov, 58 – Kamran Quliyev, 22-pen. Fərid Kərimzadə, 24.
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Tərlan Talıbzadə, Kamranbəy Rəhimov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Asif Əliyev
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00

Qarabağ-2 – Zaqatala 1:1
Qol: Əli Nəcəfli, 43 – Maksud Ələkbərov, 7.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Teymur Teymurov, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Binə qəsəbə stadionu, 14:00

Sumqayıt-2 – MOİK 0:3
Qol: İsa Zeynallı, 20-pen. Rafael Qavami, 38. Samir İbrahimov, 77-öz qapısına.
Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Elman Kərimov, Emin Əliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:00

1 dekabr

Kəpəz – Zirə-2
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elman Musayev
Gəncə şəhər stadionu, 14:00

Neftçi-2 – Səbail-2
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. “Neftçi”nin məşq mərkəzi (4-cü meydança), 14:00

Keşlə-2 – Turan Tovuz
Hakimlər: Səbuhi Bayramov, Zöhrab Abbasov, Elman Kərimov, Rövşən Rəcəbov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Bakı. “ASK Arena”, 14:00

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: