Futbol üzrə Azərbaycan Birinci Divizionunda 21-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
“Sumqayıt”ın əvəzediciləri doğma meydanda MOİK-ə uduzub. “Qəbələ” və “Turan Tovuz”un əvəzedici komandalarının oyununda isə meydan sahibləri inamlı qələbəyə seviniblər.
Tura sabah keçiriləcək “Araz Naxçıvan” – “Zirə-2” oyunu ilə yekun vurulacaq.
Birinci Divizion
21-ci tur
13 mart
Neftçi-2 – Qarabağ-2 3:0
Qol: Vüsal Əsgərov, 50. İsmayıl Zülfüqarlı, 57-pen. Hüseyn Babayev, 77.
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 15:00
Səbail-2 – İmişli 2:0
Qol: Emin Rüstəmov, 18. Taleh Qarayev, 90+3.
Hakimlər: Səbuhi Bayramov, Elman Kərimov, Aydın Bəxşiyev, Tural İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “ASCO Arena”, 15:00.
Qaradağ Lökbatan – Şamaxı-2 0:1
Qol: Asim Əlizadə, 51.
Hakimlər: Əkbər Əhmədov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Elvin Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Lökbatan OİK stadionu, 15:00.
Mingəçevir – Kəpəz-2 1:1
Qol: Roman Hüseynov, 59 – Nemət Musayev, 8.
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rəhman Aslanov, Namiq Bəkirov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.
14 mart
Sumqayıt-2 – MOİK 0:1
Qol: İlham Allahverdiyev, 58-pen.
Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Anar Bədəlov, Rəsul Babayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.
Qəbələ-2 – Turan Tovuz-2 2:0
Qol: Xəyal Xudaverdiyev, 51. Mehrac Baxşalı, 54.
Hakimlər: Əli Əliyev, Ruslan Quliyev, Səbuhi Soltanov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.
15 mart
Araz Naxçıvan – Zirə-2
Hakimlər: Şamil İmanzadə, Vüqar Bayramov, Asif Abdullayev, Murad Səlimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elman Musayev.
Naxçıvan Muxtar Respublika stadionu, 15:00.


