Futbol üzrə Azərbaycan Birinci Divizionunda 12-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
“Keşlə” və “Zirə″nin əvəzedicilərinin duelində qapılara dörd qol vurulub. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.
“Turan Tovuz” isə “Səbail″in ikinci komandasıyla qarşılaşıb. Altı qolun vurulduğu bu görüş də meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Birinci Divizion
12-ci tur
17 dekabr
Qarabağ-2 – Qəbələ-2 3:0
Qol: Sultan Mustafayev, 32. Əli Nəcəfli, 41. Musa Musazadə, 90+5.
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Tərlan Talıbzadə, Əli Əlizadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.
Sumqayıt-2 – Sabah-2 1:0
Qol: Cəlal Cəbrayılov, 20.
Hakimlər: Emin Əliyev, Zöhrab Abbasov, Asiman Əzizli, Nicat İsmayıllı.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Sumqayıt şəhər stadionu, 14:00.
Kəpəz – Zaqatala 3:2
Qol: Röyal Əhmədov, 17. Tural Rzayev, 26. Cavid İmamverdiyev, 45+1 – Roini İsmayılov, 72. İbrahim Camalov, 90+1.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Ruslan Quliyev, Namiq Bəkirov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Gəncə şəhər stadionu, 14:00.
Neftçi-2 – MOİK 7:3
Qol: Fərid Yusifli, 36; 51. Vüsal Əsgərov, 39; 87. Asim Əlizadə, 68; 78; 89 – Emin Zamanov, 10-avtoqol. Nurlan Məmmədov, 32. İsa Zeynallı, 61-pen.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Elman Kərimov, Cavid Cəlilov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Neftçi”nin məşq meydançası (4-cü meydança), 14:00.
18 dekabr
Keşlə-2 – Zirə-2 3:1
Qol: Bahadur Həziyev, 38. Fərid Nadirov, 78. Emin Quliyev, 79 – Əli Mürsəlov, 24.
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Şirmamed Mamedov, Tural Qurbanov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Bakı. “ASK Arena”, 14:00.
Turan Tovuz – Səbail-2 4:2
Qol: Akif Tağıyev, 10. Rövşən Şahmuradov, 14. İzzət Müştaqov, 73. Səbayıl Bağırov, 89. – Elşad Tağıyev, 45+1. Kənan Mirzəliyev, 62.
Hakimlər: Vüqar Həsənli, Nahid Əliyev, Teymur Teymurov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.


