Futbol üzrə Azərbaycan Birinci Divizionunda 13-cü turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Növbəti turun oyunları iki gündə – 5 və 6 dekabrda keçiriləcək. İlk oyun günündə 4, sonuncu gündə 3 qarşılaşma baş tutacaq.
Birinci Divizion
13-cü tur
5 dekabr
“Qaradağ Lökbatan” – MOİK
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Səbail-2” – “Araz Naxçıvan”
Bakı. “ASKO Arena”, 14:00.
“Zaqatala” – “Turan Tovuz-2”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Neftçi-2” – “Qəbələ-2”
Bakı. “Neftçi” Futbol mərkəzi (4-cü meydança), 15:00.
6 dekabr
“Qarabağ-2” – “Zirə-2”
Binə qəsəbə stadionu, 14:00.
“İmişli” – “Sumqayıt-2”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Şamaxı-2” – “Kəpəz-2”
Şamaxı şəhər stadionu, 14:00.


