Futbol üzrə Azərbaycan Birinci Divizionunda 14-cü turun oyunları üçün hakim təyinatları açıqlanıb. Arena.az sizi yeni ilin ilk turunun bütün təyinatları ilə tanış edir.
2022-ci ilin ilk oyun günündə üç qarşılaşma baş tutacaq. “Qaradağ Lökbatan” doğma meydanda “Sumqayıt”ın ikinci komandasını qəbul edəcək. Bu oyunu Nicat İsmayıllı idarə edəcək. “Kəpəz” səfərdə “Qəbələ”nin əvəzediciləri ilə üz-üzə gələcək. Bu oyun İnqilab Məmmədova tapşırılıb. Günün digər matçı isə “Sabah” və “Neftçi”nin əvəzediciləri arasında baş tutacaq və Fərid Hacıyev tərəfindən idarə olunacaq.
Sonuncu oyun günündə də üç qarşılaşma keçiriləcək. Vüqar Həsənlinin idarə edəcəyi oyunda “Zaqatala” evdə “Keşlə”nin ikinci komandasıyla qarşılaşacaq. “Zirə” və “Səbail”in əvəzedicilərinin qarşılaşacağı günün digər matçı da MOİK-lə “Turan Tovuz” arasında baş tutacaq. Bu matçlar isə müvafiq olaraq Rauf Allahverdiyev və Tural Qurbanova həvalə olunub.
Birinci Divizion
14-cü tur
15 fevral
“Qaradağ Lökbatan” – “Sumqayıt-2”
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
“Qəbələ-2” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Səbuhi Soltnov, Əli Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.
“Sabah-2” – “Neftçi-2”
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Müslüm Əliyev, Cavid Cəlilov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Binə qəsəbə stadionu, 14:30.
16 fevral
“Zaqatala” – “Keşlə-2”
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Kamran Bayramov, Emin Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elman Musayev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
MOİK – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Binə qəsəbə stadionu, 14:30.
“Zirə-2” – “Səbail-2”
Hakimlər: Rauf Allahverdiyev, Asiman Əzizli, Şirmamed Mamedov, Elvin Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “ASK Arena”, 15:00.


