Birinci Divizionda 15-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 15-ci turun oyunları üçün hakim təyinatları açıqlanıb. Arena.az sizi növbəti turun təyinatları ilə tanış edir.

“Səbail”in əvəzediciləri ilə MOİK arasında baş tutacaq oyun Rövşən Rəcəbova tapşırılıb. “Kəpəz” – “Qaradağ Lökbatan” matçında isə Cavid Cəlilov fit çalacaq. “Sabah” və “Keşlə”nin əvəzediciləri arasındakı oyuna isə Elçin Məsiyev təyinat alıb.

“Turan Tovuz” – “Zaqatala” matçını Kamranbəy Rəhimov idarə edəcək. “Sumqayıt” və “Qarabağ” klublarının əvəzedici komandaları arasındakı matçda Əli Əliyev iş başında olacaq. “Neftçi” və “Qəbələ” klublarının ikinci komandalarının görüşü isə FİFA referisi Əliyar Ağayevə həvalə olunub.

Birinci Divizion
15-ci tur

22 fevral

“Səbail-2” – MOİK
Hakimlər: Rövşən Rəcəbov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Emin Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “ASCO Arena”, 14:00.

“Kəpəz” – “Qaradağ Lökbatan”
Hakimlər: Cavid Cəlilov, Rəhman İmami, Şirmamed Mamedov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Gəncə şəhər stadionu, 14:00.

“Sabah-2” – “Keşlə-2”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Binə qəsəbə stadionu, 14:30.

23 fevral

“Turan Tovuz” – “Zaqatala”
Hakimlər: Kamranbəy Rəhimov, Vüsal Məmmədov, Asiman Əzizli, Elvin Bayramov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.

“Sumqayıt-2” – “Qarabağ-2”
Hakimlər: Əli Əliyev, Kamran Bayramov, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Sumqayıt. “Kapital Bank Arena” (ehtiyat meydança), 14:30.

“Neftçi-2” – “Qəbələ-2”
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Müslüm Əliyev, Tural Qurbanov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: