Birinci Divizionda 15-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 15-ci turun oyun cədvəli açıqlanıb. Arena.az sizi növbəti turun proqramı ilə tanış edir.

Tura fevralın 22-də “Kəpəz” – “Qaradağ Lökbatan” və “Səbail-2” – MOİK oyunları ilə start veriləcək. İlk oyun gününün digər matçı “Keşlə” və “Sabah”ın əvəzediciləri arasında baş tutacaq.

Son oyun günündə “Turan Tovuz” “Zaqatala”nı qəbul edəcək. “Sumqayıt”ın əvəzediciləri “Qarabağ”ın ikinci komandası ilə qarşılaşacaq. Turun qapanış matçında isə “Neftçi” ilə “Qəbələ”nin əvəzediciləri üz-üzə gələcək.

Birinci Divizion
15-ci tur
22 fevral

“Səbail-2” – MOİK
Bakı. “ASKO Arena”, 14:00.

“Kəpəz” – “Qaradağ Lökbatan”
Gəncə şəhər stadionu, 14:00.

“Keşlə-2” – “Sabah-2”
Bakı. “ASK Arena”, 15:00.

23 fevral

“Turan Tovuz” – “Zaqatala”
Tovuz şəhər stadionu, 14:00.

“Sumqayıt-2” – “Qarabağ-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:30.

“Neftçi-2” – “Qəbələ-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: