Futbol üzrə Azərbaycan Birinci Divizionunda 17-ci turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun görüşləri 7-9 mart aralığında baş tutacaq.
İlk oyun günündə “Zaqatala” səfərdə “Zirə”nin əvəzediciləri ilə üz-üzə gələcək.
Martın 8-də əvvəlcə “Tovuz Turan” doğma meydanda “Qəbələ”nin ikinci komandası ilə üz-üzə gələcək. Günün digər matçında isə “Səbail”lə “Sabah”ın əvəzediciləri qarşılaşacaq.
Sonuncu oyun günündə isə üç qarşılaşma baş tutacaq. “Qaradağ Lökbatan” səfərdə “Keşlə”nin əvəzediciləri ilə münasibətlərinə aydınlıq gətirəcək. “Kəpəz” “Sumqayıt”ın əvəzedicilərini qəbul edəcək. Daha bir qarşılaşma isə “Neftçi” və “Qarabağ”ın əvəzediciləri arasında baş tutacaq.
Birinci Divizion
17-ci tur
7 mart
“Zirə-2” – “Zaqatala”
Bakı. “ASK Arena”, 15:00.
8 mart
“Turan Tovuz” – “Qəbələ-2”
Tovuz şəhər stadionu, 14:30.
“Səbail-2” – “Sabah-2”
Bakı. “ASCO Arena”, 15:00.
9 mart
“Kəpəz” – “Sumqayıt-2”
Gəncə şəhər stadionu, 14:30.
“Keşlə-2” – “Qaradağ Lökbatan”
Bakı. “ASK Arena”, 15:00.
“Neftçi-2” – “Qarabağ-2”
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.


