Birinci Divizionda 18-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 18-ci turun oyunları üçün bütün təyinatları müəyyənləşib. Arena.az xəbər verir ki, sabah dörd oyun keçiriləcək.

“Qəbələ” və “Səbail”in əvəzedicilərinin oyunu Rəvan Həmzəzadəyə, “Sumqayıt”la “Neftçi”nin ikinci komandasının görüşü Vüqar Həsənliyə tapşırılıb. “Qaradağ Lökbatan” – “Turan Tovuz” matçını Səbuhi Bayramov idarə edəcək. “Sabah”la “Zirə”nin əvəzedicilərinin duelində isə Nicat İsmayıllı söz sahibi olacaq.

Sonuncu oyun günündə “Zaqatala” ilə MOİK-in görüşünü Namiq Bəkirov idarə edəcək. “Qarabağ”la “Keşlə”nin oyunu isə Tural Qurbanova tapşırılıb.

Birinci Divizion
18-ci tur
15 mart

“Qəbələ-2” – “Səbail-2”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Taleh Məmmədov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00.

“Sumqayıt-2” – “Neftçi-2”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Elman Kərimov, Elvin Bayramov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Kapital Bank Arena” (ehtiyat meydança), 14:30.

“Qaradağ Lökbatan” – “Turan Tovuz”
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Tərlan Talıbzadə, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

“Sabah-2” – “Zirə-2”
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Zöhrab Abbasov, Emin Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 14:30.

16 mart

“Zaqatala” – MOİK
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Qarabağ-2” – “Keşlə-2”
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüqar Bayramov, Elçin Məsiyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 14:30.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: