Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 2-ci tura yekun vurulub. Arena.az xəbər verir ki, bu gün daha 4 qarşılaşma baş tutub.
“Turan Tovuz”un ikinci komandası doğma meydanda “Kəpəz”in əvəzediciləriylə qarşılaşıb və inamlı qələbəyə sevinib. Səfərdə “İmişli” ilə üz-üzə gələn “Araz Naxçıvan” darmadağınla qalib gəlib. Beş qolun qeydə alındığı “Şamaxı” və “Qəbələ”nin əvəzedicilərinin oyununda meydan sahibləri qələbə qazanıblar. “Sumqayıt” və “Zirə”nin ikinci komandaları arasında baş tutan oyun da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Birinci Divizion
2-ci tur
30 avqust
“Zaqatala” – “Mingəçevir” 2:1
Qol: Cəlal Cəbrayılov, 33; 84 – Ruslan Voronsov, 14.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Rasim Axundov, Mahmud Bağırzadə
Hakim-inspektor: İmanxan Sultani
Zaqatala OİK stadionu, 16:30.
“Qarabağ-2” – MOİK 0:0
Hakimlər: Əkbər Əhmədov, Tərlan Talıbzadə, Zakir Şükürzadə, Tural Qurbanov
Hakim-inspektor: Vüsal Əliyev
Binə qəsəbə stadionu, 16:30.
“Neftçi-2” – “Qaradağ Lökbatan” 2:0
Qol: Vüsal Əsgərov, 20. Bahadur Quliyev, 76.
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Elman Kərimov, Vüqar Həsənli
Hakim-inspektor: Gülağa Cabarov
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.
31 avqust
“Turan Tovuz-2” – “Kəpəz-2” 3:1
Qol: Abbas Ağazadə, 10. Akif Tağıyev, 38. Tərlan Veysəlli, 90 – Nicat Verdiyev, 45+2.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Şamil İmanzadə
Hakim-inspektor: Zöhrab Qədiyev
Tovuz şəhər stadionu, 16:00.
“Şamaxı-2” – “Qəbələ-2” 3:2
Qol: Sadiq Hüseynli, 64. Kamran Quliyev, 66. Asim Əlizadə, 70-pen – Xəyal Xudaverdiyev, 11. Gülağa Əsədov, 89.
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Orxan İbişov, İrşad Aydınov
Hakim-inspektor: Asim Xudiyev
Şamaxı şəhər stadionu, 16:30.
“Sumqayıt-2” – “Zirə-2” 1:0
Qol: Rüstəm Hümbətov, 77.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Teymur Teymurov, Səbuhi Bayramov
Hakim-inspektor: Munis Abdullayev
“Sumqayıt Arena”, 17:00.
“İmişli” – “Araz Naxçıvan” 0:3
Qol: Emil Bayramov, 20. Orxan Əliyev, 57. Fərid Kərimzadə, 59.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Şirmamed Mamedov, Elvin Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
Saatlı OİK stadionu, 17:00.


