Futbol üzrə Azərbaycan Birinci Divizionunda 20-ci turun sabah keçiriləcək üç oyununa təyinatlar açıqlanıb.
Arena.az xəbər verir ki, Gəncədə keçiriləcək “Kəpəz” – “Zaqatala” matçını Vüqar Həsənli idarə edəcək.
“Qarabağ” və “Neftçi”nin əvəzediciləri arasında baş tutacaq oyunun baş hakimi isə Tural Qurbanov olacaq.
“Sumqayıt”ın əvəzediciləri ilə “Qaradağ Lökbatan” arasındakı görüş isə Nicat İsmayıllıya tapşırılıb.
Birinci Divizion
20-ci tur
8 aprel
Kəpəz – Zaqatala
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Elman Kərimov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Gəncə şəhər stadionu, 15:00.
Sumqayıt-2 – Qaradağ Lökbatan
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 15:30.
Qarabağ-2 – Neftçi-2
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”, 16:00.


