Birinci Divizionda 2021-ci ilin son oyunları keçirildi

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 13-cü tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“Kəpəz” səfərdə “Sabah”ın ikinci komandası ilə oyundan heç-heçə ilə ayrılıb. “Qarabağ”ın ikinci komandası “Qaradağ Lökbatan”a uduzub. “Sumqayıt”ın əvəzediciləri isə “Qəbələ”nin ikinci komandası ilə görüşdən xalsız ayrılıb.

Birinci Divizion
13-cü tur
22 dekabr

MOİK – Keşlə-2 2:0
Qol: Elvin Nəsibov, 19. Samir Məmmədzadə, 40.
Hakimlər: Kamranbəy Rəhimov, Taleh Məmmədov, Şirmamed Mamedov, Rauf Allahverdiyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Asif Əliyev.
Binə qəsəbə stadionu, 14:00.

Zaqatala – Neftçi-2 0:1
Qol: Vüsal Əsgərov, 41.
Hakimlər: Nicat İsmayıllı, Namiq Hüseynov, Teymur Teymurov, Emin Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

Zirə-2 – Turan Tovuz 0:2
Qol: Emin Bayramov, 38. Fərmalıy Əliyev, 85.
Hakimlər: Əli Əliyev, Tərlan Talıbzadə, Asiman Əzizli, Cavid Cəlilov
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “ASK Arena”, 15:00.

23 dekabr

Sabah-2 – Kəpəz 2:2
Qol: Şakir Seyidov, 1. Kamran Quliyev, 18-pen – Şakir Seyidov, 35-öz qapısına. Tural Rzayev, 48.
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elmin Süleymanov, Fərid Hacıyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Masazır. “Bank Respublika Arena” (ehtiyat meydança), 14:00.

Qaradağ Lökbatan – Qarabağ-2 2:1
Qol: Elnur Cəfərov, 35. Raul Məmmədov, 81 – Nəriman Axundzadə, 80.
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elman Kərimov, Elvin Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

Qəbələ-2 – Sumqayıt-2 2:1
Qol: Gülağa Əsədov, 4. Mehrac Baxşalı, 39 – Rüstəm Hümbətov, 23-pen.
Hakimlər: Namiq Bəkirov, Qəzənfər Məmmədov, Ruslan Quliyev, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.

Xəbəri sosial şəbəkələrdə paylaş: