Futbol üzrə Azərbaycan Birinci Divizionunda 21-ci turun oyun cədvəli məlum olub. Arena.az xəbər verir ki, növbəti turun görüşləri 12 və 13 apreldə keçiriləcək.
Lider “Qaradağ Lökbatan” ilk oyun günündə MOİK-in qonağı olacaq. “Zaqatala” doğma meydanda “Qəbələ”nin əvəzediciləri ilə üz-üzə gələcək. Günün digər matçında “Zirə” və “Qarabağ”ın əvəzedici komandaları arasında baş tutacaq.
Sonuncu oyun günündə “Turan Tovuz”un “Kəpəz”lə matçı daha maraqla gözlənilir. “Səbail” və “Sumqayıt”ın ikinci komandalarının üz-üzə gələcəyi gündə daha bir qarşılaşma “Şamaxı” və “Neftçi”nin əvəzediciləri arasında keçiriləcək.
Birinci Divizion
21-ci tur
12 aprel
“Zaqatala” – “Qəbələ-2”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
MOİK – “Qaradağ Lökbatan”
Binə qəsəbə stadionu, 15:00.
“Zirə-2” – “Qarabağ-2”
Bakı. “ASK Arena”, 15:00.
13 aprel
“Səbail-2” – “Sumqayıt-2”
Bakı. “ASCO Arena”, 15:00.
“Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu, 15:00.
“Şamaxı-2” – “Neftçi-2”
Bakı. “ASK Arena”, 15:00.


