Birinci Divizionda 24-cü turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan Birinci Divizionunda 24-cü turun oyunları üçün hakim təyinatları açıqlanıb. Arena.az sizi növbəti turun təyinatları ilə tanış edir.

İlk oyun günündə – mayın 1-də üç qarşılaşma baş tutacaq. “Şamaxı-2” – “Səbail-2” matçını Namiq Bəkirov idarə edəcək. “Neftçi” ilə “Zirə”nin əvəzedicilərinin oyunu Vüqar Həsənliyə tapşırılıb. “Sumqayıt”ın ikinci komandasının “Zaqatala” ilə görüşündə isə Cavid Cəlilov iş başında olacaq.

“Kəpəz” – MOİK matçı Əli Əliyevə həvalə olunub. “Qarabağ” və “Sabah”ın əvəzedicilərinin oyununda Rauf Allahverdiyev baş hakim olacaq. Artıq çempionluğu təmin edən “Qaradağ Lökbatan”ın “Qəbələ-2” ilə qarşılaşmasını isə Emin Əliyev idarə edəcək.

Birinci Divizion
24-cü tur
1 may

“Şamaxı-2” – “Səbail-2”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Tural Qurbanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Bakı. “ASK Arena”, 16:00.

“Neftçi-2” – “Zirə-2”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Elşad Abdullayev, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 16:00.

“Sumqayıt-2” – “Zaqatala”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kərim Zeynalov, Nicat İsmayıllı.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Sumqayıt. “Kapital Bank Arena” (ehtiyat meydança), 16:00.

2 may

“Kəpəz” – MOİK
Hakimlər: Əli Əliyev, Elmin Süleymanov, Teymur Teymurov, Elvin Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Gəncə şəhər stadionu, 15:30.

“Qarabağ-2” – “Sabah-2”
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Elman Kərimov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 16:00.

“Qaradağ Lökbatan” – “Qəbələ-2”
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Vüqar Bayramov, Səbuhi Bayramov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: