Futbol üzrə Azərbaycan Birinci Divizionunda 3-cü turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Növbəti turun görüşləri 6-7 sentyabrda baş tutacaq. İlk oyun günündə üç qarşılaşma baş tutacaq. Tovuzda “Turan Tovuz”la “Sumqayıt”ın əvəzediciləri, Qəbələdə isə “Qəbələ” və “Kəpəz”in əvəzediciləri üz-üzə gələcək. Naxçıvanda da “Araz Naxçıvan” “Şamaxı”nın ikinci komandasını sınağa çəkəcək.
Sonuncu oyun günündə MOİK Binə qəsəbəsində “İmişli”ni, “Qaradağ Lökbatan” isə Lökbatanda “Zaqatala”nı qəbul edəcək. “Qarabağ”ın əvəzediciləri bu turda “Mingəçevir”in qonağı olacaq. Nəhayət turun son matçında “Səbail” və “Neftçi”nin əvəzediciləri qarşılaşacaq.
Birinci Divizion
3-cü tur
6 sentyabr
“Turan Tovuz-2” – “Sumqayıt-2”
Tovuz şəhər stadionu, 16:00.
“Qəbələ-2” – “Kəpəz-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:30.
“Araz Naxçıvan” – “Şamaxı-2”
Naxçıvan Muxtar Respublika stadionu, 16:30.
7 sentyabr
MOİK – “İmişli”
Binə qəsəbə stadionu, 16:30.
“Mingəçevir” – “Qarabağ-2”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 16:30.
“Qaradağ Lökbatan” – “Zaqatala”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
“Səbail-2” – “Neftçi-2”
Bakı. “ASCO Arena”, 17:00.


