Futbol üzrə Azərbaycan Birinci Divizionunda 4-cü turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Oyunlar üç gün (13, 14 və 19 sentyabrda) ərzində keçiriləcək. “Qəbələ”nin UEFA Gənclər Liqasındakı çıxışı ilə əlaqədar olaraq bu klubun müraciəti, “Sumqayıt” klubunun razılığı ilə oyun 14 sentyabrdan 19 sentyabr tarixinə təxirə salınıb.
“Kəpəz”in ikinci komandası isə ev oyununu Gəncə şəhər stadionunda, azarkeşlərin iştirakı olmadan keçirəcək.
Birinci Divizion
4-cü tur
13 sentyabr
“Qarabağ-2” – “Qaradağ Lökbatan”
Binə qəsəbə stadionu, 16:00.
“Şamaxı-2” – MOİK
Şamaxı şəhər stadionu, 16:00.
14 sentyabr
“Zaqatala” – “Səbail-2”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
“İmişli” – “Mingəçevir”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 16:30.
“Kəpəz-2” – “Araz Naxçıvan”
Gəncə şəhər stadionu, (azarkeşsiz) 16:30.
“Zirə-2” – “Turan Tovuz-2”
“ASK Arena”, 19:30.
19 sentyabr
“Sumqayıt-2” – “Qəbələ-2”
Sumqayıt şəhər stadionu, 17:00.