Futbol üzrə Azərbaycan Birinci Divizionunda 6-cı tura yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.
Son çempion “Neftçi-2” səfərdə “Kəpəz”lə heç-heçə edib. “Qarabağ-2” də “Turan Tovuz”la oyundan heç-heçə ilə ayrılıb.
“Sumqayıt” və “Keşlə”nin əvəzedicilərinin görüşü isə meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Birinci Divizion
6-cı tur
26 oktyabr
Qaradağ Lökbatan – Səbail-2 2:0
Qol: Sabir Allahquliyev, 49. Urfan İsmayılov, 65.
Hakimlər: Rövşən Rəcəbov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Əli Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
Sabah-2 – MOİK 1:3
Qol: Samir Məhərrəmli, 73 – Samir Alıyev, 21. İsa Zeynallı, 52-pen. Ruslan Voronsov, 80-pen.
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Kamran Bayramov, Elvin Bayramov.
Binə qəsəbə stadionu, 14:30.
Qəbələ-2 – Zirə-2 5:0
Qol: Mehrac Baxşalı, 1. Aqil Nəsibov, 24; 71. Taleh Qarayev, 86; 89.
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Fərid Hacıyev.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:30.
27 oktyabr
Sumqayıt-2 – Keşlə-2 1:0
Qol: Nəbi Məmmədov, 87.
Hakimlər: Rauf Cabarov, Qəzənfər Məmmədov, Səbuhi Soltanov, Emin Əliyev.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:00.
Qarabağ-2 – Turan Tovuz 1:1
Qol: Nəriman Axundzadə, 9 – Akif Tağıyev, 29.
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Asiman Əzizli, Rauf Allahverdiyev.
Binə qəsəbə stadionu, 14:30.
Kəpəz – Neftçi-2 2:2
Qol: Nicat Süleymanov, 27. Emil Qasımov, 37 – Asim Əlizadə, 61. Əli Sadıxov, 69.
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Teymur Teymurov, Namiq Bəkirov.
Gəncə şəhər stadionu, 14:30.


