Futbol üzrə Azərbaycan Birinci Divizionunda 6-cı turun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, növbəti turun oyunları iki gün ərzində keçiriləcək.
İlk oyun günündə üç qarşılaşma baş tutacaq. Tura sonuncu oyun günündə keçiriləcək dörd oyunla yekun vurulacaq.
Stadion məsələsi ilə əlaqədar “Sumqayıt”ın müraciəti, MOİK klubunun razılığı əsasında ilk dövrənin oyunu MOİK – “Sumqayıt-2”, 2-ci dövrənin oyunu “Sumqayıt-2” – MOİK olaraq dəyişdirilib.
Birinci Divizion
6-cı tur
4 oktyabr
“Qarabağ-2” – “Neftçi-2”
Binə qəsəbə stadionu, 15:00
“Şamaxı-2” – “Qaradağ Lökbatan”
Şamaxı şəhər stadionu, 15:00.
“İmişli” – “Səbail-2”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:30.
5 oktyabr
“Zirə-2” – “Araz Naxçıvan”
“ASK Arena”, 13:00.
“Kəpəz-2” – “Mingəçevir”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.
MOİK – “Sumqayıt-2”
Binə qəsəbə stadionu, 15:00.
“Turan Tovuz-2” – “Qəbələ-2”
Tovuz şəhər stadionu, 15:00.


